Yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər - RƏSMİ

Yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər - RƏSMİ
  • Sosial

  • Dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

    İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

    Asiya.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə keçiriləcək imtahanın tarixi də bəllidir.

    "Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüsütlənmə olduğu üçün təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub”.
    PAYLAŞ:

    Oxşar xəbərlər