Azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında təkbaşına aksiya keçirdi

Azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında təkbaşına aksiya keçirdi
  • Dünya / Manşet

  • Aksiya zamanı Ermənistan səfirliyinin mühafizəçiləri təxribat törətməyə cəhd ediblər.

    Ağdamın işğalı ilə əlaqədar Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiyanı Azərbaycan diaspor fəalı Səttar Qəmbərov təşkil edib.

    O, əlində Azərbaycan bayrağı və “Biz azərbaycanlıyıq, Qarabağ bizim vətənimizdir, əlinizi Qarabağdan çəkin!” şüarları yazılan plakat tutaraq Ermənistan səfirliyinin qarşısında təkbaşına etiraz edib.

    S.Qəmbərov bu addımı ilə Ermənistanın işğalçı dövlət olduğunu Rusiya ictimaiyyətinə göstərmək istədiyini bildirib: “Bu gün Azərbaycanın ayrılmaz hissəsi Ağdamın işğalı günüdür. Rusiya əhalisi Dağlıq Qarabağın- Ağdamın Azərbaycan ərazisi olduğunu, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğunu bilməlidir. Rusiya televiziyaları, xəbər agentlikləri bu barədə heç nə göstərmir və yazmır. Kütləvi etiraz aksiyası keçirməyə də icazə vermirlər. Ona görə də bu yolla təkbaşına Ermənistan dövlətinə öz etirazımı bildirirəm. İşğalçı erməni ordusu Ağdamdan və digər işğal olunan torpaqlarımızdan çıxmalıdır".

    Aksiya zamanı Ermənistan səfirliyinin mühafizəçiləri təxribat törətməyə cəhd ediblər. Azərbaycanlı gənc ermənilərin təxribatına uymayıb. Mülki geyimdə olan mühafizəçilərin aksiyanı dağıtmaq cəhdi baş tutmayıb. Azərbaycanlı diaspor fəalının aksiyası paytaxt sakinlərinin marağına səbəb olub.


    Azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında təkbaşına aksiya keçirdi
    Azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında təkbaşına aksiya keçirdi
    Azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında təkbaşına aksiya keçirdi
    Azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında təkbaşına aksiya keçirdi
    PAYLAŞ:

    Oxşar xəbərlər