Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun tarixləri - Açıqlandı

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun tarixləri - Açıqlandı
  • Sosial / Cəmiyyət

  • Avqustun 1-dən Bakı şəhərində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayacaq.

    Asiya.az xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu avqustun 18-də yekunlaşacaq. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçdikdən sonra lazımı sənədlərlə birlikdə avqustun 15-dən 30-dək məktəbə müraciət etmək lazımdır.

    Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər