Həccə gedənlər vergi verəcəklər - Adambaşı 535 dollar

Həccə gedənlər vergi verəcəklər - Adambaşı 535 dollar
  • Sosial / İqtisadiyyat / Manşet

  • Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.

    Asiya.az vergiler.az saytına istinadən xəbər verir ki, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər.

    “Marva Tur” şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib.

    “Təəssüf ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə göndərilməyəcək”, - deyə şirkətdən bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər