Prezident daha bir sərəncam imzaladı

Prezident daha bir sərəncam imzaladı
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

    Asiya.az xəbər verir ki, sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsində nizamnamənin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, yenidən təşkili və ləğvi məsələləri Azərbaycan Prezidentinə həvalə edilib.

    Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, İdarə Heyətinin digər iki üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi; strukturunun və illik maliyyə hesabatlarının təsdiqi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.

    Müəyyən edilib ki, idarənin nizamnamə fondu 1 000 000 manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər