Masallı dağlarında yanğın başlayıb- Yenilənib

Masallı dağlarında yanğın başlayıb- Yenilənib
  • Hadisə

  • Masallı rayonu, Xanalıyan kəndində meşə ərazisində ağaclar və kol-kos 3 ha yanıb.

    Asiya.az xəbər verir ki, meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb

    Masallı dağlarında yanğın başlayıb.

    Asiya.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.

    Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində, saat 10:50-də yanğın məhdudlaşdırılıb.

    Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

    Əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər