Güləşçimiz ermənini döşəyə çıxmağa peşman etdi (VİDEO)

Güləşçimiz ermənini döşəyə çıxmağa peşman etdi (VİDEO)
  • Manşet / İdman

  • Fransada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında 80 kq-da mübarizə aparan Azərbaycan idmançısı Elvin Mürsəliyev ilk görüşündə parlaq qələbə qazanıb.

    Asiya.az xəbər verir ki, o, əsl xarakter nümayiş etdirərək ikiqat Olimpiya (London 2012 və Rio-2016), ikiqat dünya və ikiqat Avropa çempionu, Rusiya güləşçisi Roman Vlasovu mübarizədən kənarlaşdırıb.

    Beləliklə, E.Mürsəliyev 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə o, Ermənistan güləşçisi Edqar Babayanı (8:0), 1/4 finalda isə mərakeşli Zied Ouqramanı məğlub edərək yarımfinala çıxıb.

    Qeyd edək ki, yarımfinalda idmançımızın rəqibi Radzik Quliyev (Belarus) olacaq.




    PAYLAŞ:

    Oxşar xəbərlər