Min bir dərdin dərmanı olan qoz yarpağı

Min bir dərdin dərmanı olan qoz yarpağı
  • Maraqlı / Araşdırma

  • Qoz yarpağından hazırlanan lasyon isə dərinin qocalma prosesini ləngidir, orqanizmdə sürətlə artan bədxassəli hüceyrələrin məhv edir.

    Qoz yarpağı hələ qədim dövrlərdən bir çox xəstəliklərin müalicəsində istifadə edilib.

    Asiya.az publika.az-a istinadən oxucuları dərman bitkisi sayılan qoz yarpağının faydaları ilə tanış edir:

    Qoz yarpağının ən mühüm faydası odur ki, bədəndə olan toksinləri xaric edir. Bu bitkinin çayından mütəmadi olaraq istifadə bədəndə olan mikrob, bakteriya və toksinlərdən xilas olmağa kömək edir. Çay xüsusilə bağırsaqlarda olan qurdları tökmək üçün effektlidir.

    Bütün xərçəng növlərinin alternativ müalicəsində də qoz yarpağından geniş istifadə edilir. Orqanizmdə sürətlə artan bədxassəli hüceyrələrin məhv edilməsi prosesində qoz yarpağının olduqca müsbət nəticələr verdiyi müşahidə olunub.

    Qoz yarpağından hazırlanan məlhəm və məcunlar yaraların sağalma prosesini sürətləndirir.

    Qoz yarpağı saçların daha sağlam və sürətlə uzanmasına kömək edir. Bunun üçün qoz yarpaqlarını əzərək məcun halına gətirib şampuna əlavə edin.

    Qoz yarpağından hazırlanan lasyon isə dərinin qocalma prosesini ləngidir. Bunun üçün yarım litr su və 20 qram qurudulmuş qoz yarpağı kifayətdir. Suyun temperaturu 50-60 dərəcə olmalıdır. Yarım litr suyun içinə qoz yarpaqlarını xırda-xırda əzib atıb qarışdırın. Lasyonun hazır olması üçün 1 saat gözləyin.

    Necə istifadə edilir?

    Səhər və axşam gündə 2-3 dəfə istifadə edin. Suyu pambıq disklərin köməyi ilə üzünüzə kompres edərək çəkin. Bu lasyon sayəsində dəridəki sızanaqlar və sızanaq izləri yox olacaq.

    Qoz çayının faydaları aşağıdakılardır:

    Bağırsaq parazitlərinin yaranmasının qarşısını alır.

    Revmatizm müalicəsində müalicəvi təsirə malikdir.

    Podaqra xəstəliyini müalicə edir.

    Qanda şəkərin miqdarını aşağı salır.

    Əsl C vitamini anbarıdır.

    Qoz yarpağının çayı necə hazırlanır?

    Bir çay qaşığı üyüdülmüş qoz yarpağını 1 su stəkan qaynar suya əlavə edib 5 dəqiqə dəmlənməsini gözləyin. Sonra bu çayı gün ərzində 1 və ya 2 stəkan qurtum-qurtum için.

    Qoz yarpaqlarını nə vaxt toplamalı?

    Qoz ağacı yarpaqları may ayında çiçək verir, iyunun ortalarına doğru yarpaqlar yığılmalı konsistensiyaya gəlir.
    PAYLAŞ:

    Oxşar xəbərlər