Ramil Usubov nazirin qardaşı oğlunu polis rəisi təyin etdi – ƏMR

Ramil Usubov nazirin qardaşı oğlunu polis rəisi təyin etdi – ƏMR
  • Siyasət / Manşet

  • Daxili işlər naziri Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisləri təyin edib.

    Asiya.az Report-a istinadən xəbər verir ki, sənədə əsasən, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
    PAYLAŞ:

    Oxşar xəbərlər