Baş ağrısına 40 saniyədə qalib gələn üsul

Baş ağrısına 40 saniyədə qalib gələn üsul
  • Maraqlı / Araşdırma

  • Çin alimləri bu problemin həllini tapıblar.

    Baş ağrısı və ya miqren həyatımızı alt-üst edən ciddi bir sağlamlıq problemidir. Çünki nə zaman baş verəcəyini belə bilmirik. Bu problemə qarşı ağrıkəsici dərmanlardan istifadə etsək də, xəstəliyin tamamilə müalicəsi müzakirə mövzusu belə deyil. Miqren xəstəliyi üçün son zamanlarda elmi araşdırmalar aparılsa da, hələ ki, tam olaraq xəstəliyin aradan qaldırılmasına nail olunmayıb.

    Çin alimləri bu problemin keçici də olsa, həllini tapıblar. Onlar insan vücudunda enerji axımının keçdiyi “meridian” adlı ana nöqtələrə buz yerləşdirməklə 40 saniyədə ağrının keçməsinə nail olublar.

    Akupunktur adı verilən bu müalicə üsulu sayəsində axımı əngəllənən enerji normal hala çevrilir. Bu texnika həm də“buz hiyləsi” adlanır.
    Siz də xroniki baş ağrısından şikayət edirsinizsə, ənsənizin mərkəzindəki nöqtəyə 20 dəqiqə boyunca buz qoymalısınız.
    Doktor Devid Vulf bildirib ki, həmin bu nöqtəyə soyuq bir nəsnə qoymaq qana endorfinin ifrazına səbəb olur və bu da baş ağrısnın keçməsinə kömək edir.
    Başı ağrımayan insanlar da bu üsuldan istifadə edə bilərlər. Bu halda həmin insanlarda yuxunun keyfiyyəti daha yaxşı olacaq.
    Elmi olaraq təsdiq olunmasa da, bu üsulu sınaqdan keçirənlər olduqca məmnun qalıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər