Atalığından hamilə qalan 12 yaşlı qız ANA OLDU: uşağın vəziyyəti ağırdır

Atalığından hamilə qalan 12 yaşlı qız ANA OLDU: uşağın vəziyyəti ağırdır
  • Sosial

  • Atalığından hamilə qalan 12 yaşlı qızın sentyabrın 14-də axşam saatlarında qəfildən vəziyyəti pisləşib.

    Bu barədə Publika.az-a məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, qızın böyrəklərində olan problem səbəbindən həkimlər uşağın qeysəriyyə əməliyyatı ilə götürülməsi barədə qərar verib:

    "Uşaq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda keçirilən əməliyyatdan sonra doğulan uşaq həddən artıq kiçik olduğu üçün süni nəfəs aparatına qoşulub. Uşağın həyati riski davam edir. Dünənə qədər ananın da vəziyyəti yaxşı deyildi. Bu gün artıq vəziyyəti stabilləşib, ayağa qalxıb. Uşağın həyatda qalmasına çox az ümid var".

    Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər