Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı qəbul olunub- Yenilənib

Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı qəbul olunub- Yenilənib
  • Siyasət / Manşet

  • Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilməsi təsdiqlənib.

    Qeyd edək ki, Xəqani Abdullayev 12 sentyabrda vəzifədən azad edilib və bu gün MM onun vəzifədən azad edilməsini təsdiqləyib.

    ***

    Azərbaycan Milli Məclisinin payız sessiyasının qanunvericilik işlər planı qəbul olunub.

    Asiya.az xəbər verir ki, işlər planı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunaraq qəbul edilib.

    İşlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihələri, eləcə də Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir. Həmçinin, payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Hesablama Palatası haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kinematoqrafiya haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”, “Peşə təhsili haqqında” qanun layihələri və s. daxildir.
    PAYLAŞ:

    Oxşar xəbərlər