“Qarabağ”ı erməni klubu adlandıran məşhur idman nəşri üzr istədi – FOTO- Yenilənib

“Qarabağ”ı erməni klubu adlandıran məşhur idman nəşri üzr istədi – FOTO- Yenilənib
  • İdman

  • İspaniyanın məşhur idman nəşri "Mundo Deportivo" Azərbaycanın "Qarabağ" futbol komandası ilə bağlı yol verdiyi yanlışlığı aradan qaldırıb.

    "Report"un məlumatına görə, qəzetin internet səhifəsində "Atletiko Madrid" komandasının futbolçusu Yannik Karrasko haqqında dərc ediən məqalədə "Qarabağ" futbol klubu səhvən erməni klubu kimi təqdim olunub.

    Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib, sözügedən yazıdan həmin hissə çıxarılıb. Yazıya "Qarabağ" futbol klubunun Azərbaycana məxsus olması barədə məlumat əlavə olunub.

    İspaniyanın məşhur idman nəşri Mundo Deportivo kobud səhv buraxıb.

    Virtualaz.org bildirir ki, ispan KİV-i “Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ı “erməni klubu” adlandırıb.

    “”Çolo”nun uşaqları (“Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) dünən gecə erməni “Qarabağ”ına qarşı oynadı – rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq “Atletiko” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi”, – deyə Mundo Deportivo yazıb.

    Xatırladaq ki, “Qarabağ”-“Atletiko” matçı – çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz heç-heçə ilə nəticələnib.


    “Qarabağ”ı erməni klubu adlandıran məşhur idman nəşri üzr istədi – FOTO- Yenilənib
    “Qarabağ”ı erməni klubu adlandıran məşhur idman nəşri üzr istədi – FOTO- Yenilənib[/thumb]
    PAYLAŞ:

    Oxşar xəbərlər