“Lotu Quli”nin harda olduğu bilindi- Yenilənib -Foto

“Lotu Quli”nin harda olduğu bilindi- Yenilənib -Foto
  • Manşet / Hadisə

  • Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb.

    Asiya.az-ın APA-ya istinadən məlumatına görə, oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda "Lotu Quli" ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.

    N. Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.

    Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N. Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

    Onun vəkilləri, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

    -----------

    19:12

    Bakıdakı 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində (CM) saxlanılan və "Lotu Quli" kimi tanınan Nadir Səlifov məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib.

    Milli.Az xəbər verir ki, bu barədə report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Belə ki, N.Səlifov 8 saylı CM-in rəisinin adına ərizə ilə müraciət edərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş edib. Rəis onun istəyini təmin edib.

    Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun cəza müddəti 2021-ci ildə başa çatır.

    Qeyd edək ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində yataqxana, müəssisə əməkdaşlarının xidməti otaqları, yeməkxana, dükan, tibb-sanitariya hissəsi, yardımçı otaqlar, kitabxana, tərbiyəvi və kütləvi tədbirlərin keçirilməsi üçün otaq, cəmaşirxana və dezinfeksiya kamerası olan hamam, məhkumların şəxsi əşyalarının saxlanılması üçün anbar, cərimə təcridxanası, qonaq otağı olur. Məntəqə tipli cəzaçəkmə müəssisələrində kamera tipli otaqlar təşkil olunmur. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin cərimə təcridxanasında hər biri 4-6 nəfərlik 1-3 ümumi kamera, iki nəfərlik 1-3 kamera və cərimə təcridxanası üzrə nəzarətçi üçün otaq təşkil olunur. Cərimə təcridxanası digər tikililərdən bütöv hasarla ayrılır. Əhali yaşayan ərazidə yerləşən məntəqə tipli cəzaçəkmə müəssisələrinin binaları nəzarət-buraxılış məntəqəsi olan hasarla əhatə olunur. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin sərhədləri müəssisənin yerləşdiyi yer və məhkumlar tərəfindən görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının ədliyyə nazirinin əmri ilə müəyyən edilir. Lakin bütün hallarda bu sərhəd müəssisənin yerləşdiyi yerin mərkəzindən radius üzrə 10 km artıq olmayan məsafədən keçməlidir. Müəyyən edilmiş sərhədlər barədə məhkumlara imza etdirməklə elan edilir və onların şəxsi işinə tikilir.

    ***

    Xəbər verildiyi kimi bu gün “Lotu Quli”nin azadlığa buraxılıb.

    Musavat.com xəbər verir ki, Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azad olunmamışdan az öncə həbsxanada fotosu çəkilib.

    Foto sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

    Qeyd edək ki, Quli 95-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətməkdə ittiham olunub və 22 ildir həbsxanada cəza çəkirdi.

    “Lotu Quli”nin harda olduğu bilindi- Yenilənib -Foto
    “Lotu Quli”nin harda olduğu bilindi- Yenilənib -Foto

    Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") az öncə azadlığa buraxılıb.

    Asiya.az xəbər verir ki, bu barədə musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

    Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

    Yeniçağ xatırladır ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub.

    "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilib ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar.

    "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

    Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli"nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, "Quli" həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

    2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər