Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video

  • Manşet / Hadisə

  • Rusiyanın Saratov vilayətində bizneslə məşğul olan azərbaycanlı işadamı Ceyhun Cəfərov qətlə yetirilib.

    Asiya.az xəbər verir ki, 55 yaşlı C.Cəfərov dünən axşam şəxsi evinin yaxınlığında sinəsindən güllələnərək öldürülüb. Naməlum şəxs ona odlu silahla üç dəfə atəş aşıb. 55 yaşlı biznesmen ürəyindən aldığı güllə yarasından hadisə yerində ölüb.

    O, "Vozrozhdenie-KDM" tikinti şirkətinin rəhbəri olub.

    Saratov vilayətində Azərbaycan diasporunun sədri Vladimir Muradovun sözlərinə görə, Ceyhun Cəfərov dünən axşam özünə məxsus “Lexus” avtomobilində qaraja yaxınlaşıb. Killer onu orada gözləyirmiş. Hadisə yerinə yaxında olmuş adamlar üç güllə səsi eşidiblər. Ceyhun Cəfərov ürəyindən vurularaq qətlə yetirilib. Vladimir Muradov bildirib ki, cinayət sifariş xarakterlidir. Killerin axtarışları davam edir.

    Vladimir Muradov əlavə edib ki, Ceyhun Cəfərovun heç kimlə ədavəti olmayıb. Onun rəhbərlik etdiyi tikinti şirkəti hazırda şəhərdə yerləşən Gənc Tamaşaçılar Teatrını və 1 nömrəli gimnaziyanı təmir edir.

    Hadisə evin ətrafındakı müşahidə kameralarına düşüb. Hazırda faktla bağlı istintaq-araşdırma işləri aparılır.

    Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video
    Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video
    Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video
    Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video
    Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video
    Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video
    Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video
    Killer azərbaycanlı iş adamını güllələyərək qətlə yetirdi- Fotolar-Video
    PAYLAŞ:

    Oxşar xəbərlər