Bakıda “AA” seriyalı avtomobilin sürücüsü sərxoş halda saxlanıldı – VİDEO

Bakıda “AA” seriyalı avtomobilin sürücüsü sərxoş halda saxlanıldı – VİDEO
  • Olay

  • Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşları reyd aparan zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) avtomobili sərxoş idarə edən əməkdaşı "Saxla” əmrinə tabe olmayıb.

    Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları hava likmanı yolunda 10-AA-370 dövlət qeydiyyat nişanlı, "Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini şübhəli idarə etdiyinə görə "Saxla” əmri verib.

    Lakin əmrə tabe olmayan avtomobil sürücüsü avtoxuliqanlıq edərək yol polisi əməkdaşlarından uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb.

    Sürücü Yusifov Yusif avtomobili sərxoş halda idarə etdiyinə görə Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. O, avtoxuliqanlıq etdiyinə və sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

    Avtomobil cərimə meydançasına yerləşdirilib.

    Qeyd edək ki, Y.Yusifov AMEA-da çalışır. (report)

    PAYLAŞ:

    Oxşar xəbərlər