Astarada sərnişin mikroavtobusu qəzaya düşdü: ölən və yaralananlar var

Astarada sərnişin mikroavtobusu qəzaya düşdü: ölən və yaralananlar var
  • Olay

  • Astara rayonunda 1 nəfərin ölümü, daha 6 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az report-a istinadən xəbər verir ki, hadisə Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb.

    Belə ki, "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölüb. Hadisə zamanı daha 6 nəfəri xəsarət alıb.

    Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər