Bu ilin ən çox qol vuran futbolçuları (SİYAHI)

Bu ilin ən çox qol vuran futbolçuları (SİYAHI)
  • Araşdırma / İdman

  • 2017-ci ildə ən çox qol vuran futbolçuların adları müəyyənləşib.

    Asiya.az Apasport.az-a istinadən xəbər verir ki, il hələ başa çatmasa da, yanvarın 1-dən bu günə qədər olan statistikaya əsasən, "Barselona”nın hücumçusu Lionel Messi hamını qabaqlayır.

    Ulduz futbolçu klubunda və Argentina yığmasında ümumilikdə 51 qola imza atıb ki, bu, rəqibləri üçün əlçatmazdır. Messi bu toplardan 47-ni "Barsa”nın heyətində vurub ki, bu baxımdan da hamıdan öndədir.

    Onu 47 qolla Polşa yığmasının və "Bavariya”nın forvardı Robert Levandovski izləyir. İlk "3-lüy”ü isə "Tottenhem”in və İngiltərə millisinin qol "silahı” Harri Keyn (45 qol) qapayır.

    Maraqlıdır ki, FİFA tərəfindən ilin ən yaxşısı seçilən Kriştianu Ronaldo özünə yalnız 4-cü pillədə yer tapa bilib. Portuqaliyalı forvard millidə və klubda ümumilikdə 45 dəfə rəqib qapılarına yol tapıb.

    Edinson Kavani, Pyerr-Emerik Obameyanq və Çiro İmmobile kimi ulduzların da qərarlaşdığı ilk "10-luq”da iki sürpriz oyunçu var. "Banqkok Yunayted”də çıxış edən Draqan Boşkoviç 37 matçda 41 qola imza ataraq 6-cı sırada qərarlaşıb. Bir vaxtlar "Trabzonspor” və "Kayserispor”da da çıxış etmiş Jaja Koelyo isə Tailan klubu "Buriram Yunayted”dəki məhsuldarlığı ilə diqqət çəkir.

    "Beşiktaş”ın hücumçusu Cenk Tosun 2017-ci ildə 28 dəfə fərqlənməsinə baxmayaraq, ilk "20-lik”dən kənarda qalıb. Eran Zahavi, Serxio Aquero və Aleksandr Lakazettlə eyni sayda qol vuran Cenkin siyahıya düşə bilməməsinin səbəbi buna daha çox matçda nail olmasıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər