Avtomobillərin qiyməti nə qədər artacaq? - Rüsum təsdiq edildi

Avtomobillərin qiyməti nə qədər artacaq? - Rüsum təsdiq edildi
  • Sosial

  • Avtomobillərə tətbiq edilən idxal gömrük rüsumu gələn ildən artacaq.

    Asiya.az bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.

    Hazırda isə bu rüsum işlənmiş avtomobillər üçün 70, təzə avtomobillər üçün isə 40 sent təşkil edir.

    İdxal rüsumundan əlavə, ölkəyə gətirələn hər bir avtomobilə görə Aksiz və Əlavə Dəyər Vergisi də ödənilməlidir ki, bu rüsumlara artım edilməyib.

    Hazırda mühərrik həcmi 1500 kubsantimetrdən aşağı olan işlənmiş avtomobillər üçün gömrük idxal rüsumu 40 sent, təzə avtomobillər üçün isə 70 sentdir ki, bu məbləğ dəyişdirilməyib.

    Avtomobil satışı işə məşqul olan şəxslər gömrük idxal rüsumunun artırılmasının qiymətlərə təsir göstərəcəyini bildirir.

    Kiçik həcmli mühərikli avtomobillər üçün rüsum dəyişmədiyindən növbəti ildən etibarən, əsasən bu tip avtomobillərin idxalında artımın baş verəcəyi gözlənilir. /xezerxeber.az
    PAYLAŞ:

    Oxşar xəbərlər