Prezidentin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? (DOSYE)

Prezidentin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? (DOSYE)
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib. Dövlət başçısının sərənacamı ilə Qoşqar İlahi oğlu Təhməzli agentliyin sədri təyin edilib.

    Asiya.az qaynarinfo-ya istinadən xəbər verir ki, Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktorudur.

    "Medeks” şirkətinin rəhbəri işləyən Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

    Qeyd edək ki, "Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur.

    Prezidentin sədr təyin etdiyi Qoşqar Təhməzli kimdir? (DOSYE)
    PAYLAŞ:

    Oxşar xəbərlər