İlham Əliyev bir qrup vəzifəli şəxsi təltif etdi

İlham Əliyev bir qrup vəzifəli şəxsi təltif etdi
  • Sosial

  • Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

    Salmanov Səxavət İbrahim oğlu – general-mayor
    Əliyev Azad Hüseyn oğlu – polkovnik

    "Hərbi xidmətlərə görə” medalı ilə

    Qarayev Natiq Sahib oğlu – polkovnik
    Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant
    Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant
    Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant
    Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant
    Abbasov Elşən Kamran oğlu – mayor
    Ağayev Rahim Əlifağa oğlu – mayor
    Cəfərov Elməddin Qulu oğlu – mayor

    Prezident başqa bir sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsisi Arzu Yusif oğlu Rəhimovu Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər