Fərhad Hacıyev vəzifəsindən azad edildi: nazir müavini təyin olundu

Fərhad Hacıyev vəzifəsindən azad edildi: nazir müavini təyin olundu
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkə başçısının sərəncamı ilə bu vəzifədən azad olunub.

    Asiya.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumatı Gənclər Fondundan təsdiqləyiblər.

    Saytıa bildirilib ki, dövlət başçısının digər sərəncamı ilə Fərhad Hacıyev gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Fərhad Hacıyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetini və Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Harvard Kennedi Məktəbinin məzunudur.

    Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlayıb. 1999-cu ildə bu təşkilkatın Məclis sədri, 2000-ci ildə isə baş katibi seçilib. 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
    2001-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2002-ci ilin noyabr ayında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb.

    2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

    2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilində iştirak etdiyinə görə Azərbaycan Prezidentinin "Fəxri Diplomu” ilə təltif edilib.

    F.Hacıyev bu gündən gənclər və idman nazirinin müavini postunda fəaliyyət göstərir. Ailəlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər