Xanımı açıqladı: Tahir Əkbər məzarı niyə dəyişdirildi?

Xanımı açıqladı: Tahir Əkbər məzarı niyə dəyişdirildi?
  • Sosial

  • Martın 2-də uzun sürən xəstəlikdən vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin dəfn olunduğu yerdən çıxarılaraq, atasının qəbrində basdırılması ictimaiyyətdə böyük müzakirələrə səbəb olub.

    Asiya.az xəbər verir ki, yenicag.az-a açıqlama verən bəstəkarın xanımı buna özünün qərar verdiyini bildirib:

    "Tahir Əkbər kimi sənətkara olan haqsızlığa etiraz əlaməti olaraq onun məzarını dəyişdirdim. O, özünə layiqli yerdə dəfn edilməli idi. Bunu onun həyat yoldaşı kimi özümə borc bilirdim və borcu da yerinə yetirdim. Eyni zamanda onun vəsiyyətinə də əməl etmiş oldum. Tahir sağlığında həmişə deyirdi ki, məni Fəxri Xiyabanda dəfn etməsələr, sən məni atamın məzarında basdırarsan. İndi ürəyim sakitdir”.

    Xatırladaq ki, Ölkə.az-ın məlumatına görə, martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq, atasının qəbrində torpağa tapşırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər