İlham Əliyev və xanımı Novruz şənliyində

İlham Əliyev və xanımı Novruz şənliyində
  • Sosial

  • Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

    Asiya.az xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

    Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

    Bahar qız dövlət başçısına səməni təqdim edib.

    Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

    Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

    Ümumxalq şənliyi Dənizkənarı Milli Parkda davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər