Enerji içkilərini içdikdən sonra bədəndə NƏ BAŞ VERİR? - 10 dəqiqə sonra başlanan İNANILMAZ PROSESLƏR

Enerji içkilərini içdikdən sonra bədəndə NƏ BAŞ VERİR? - 10 dəqiqə sonra başlanan İNANILMAZ PROSESLƏR
  • Maraqlı / Araşdırma

  • Son dövrlərin dəbi olan enerji içkilərinə gənclər xüsusilə böyük maraq göstərir. Amma çox az adam onların bədənə hansı təsiri göstərməsi ilə bağlı gerçəkləri bilir.

    Bəs enerji içkiləri güman edildiyi kimi bədənə enerji verirmi?

    Asiya.az publika.az-a istinadla oxucularını məhz enerji içkilərinin insan orqanizminə necə təsir göstərməsilə tanış edir:

    10 dəqiqə sonra

    Kofein qan dövranına qarışaraq təzyiqi və ürək döyüntülərini artırır.

    15 dəqiqə sonra

    Konsentrasiyanı artırır.

    30 dəqiqə sonra

    Kofein yuxunu qaçırır və göz bəbəkləri böyüyür.

    1 saat sonra

    Enerjiverici təsiri azalır. Bədən özünü yenidən yorğun hiss etməyə başlayır. İçki getdikcə orqanizmdəki lazımlı elementləri xaric edir.

    6 saat sonra


    Kofein səviyyəsi 50 faizə qədər azalır.

    12 saat sonra

    Kofein tamamilə yox olur. Bunun nə qədər sürətli baş verəcəyi fiziki fəallıq və yaşla bağlıdır.

    24 saat sonra

    Enerji içkiləri baş ağrısına, həssaslığa və həzm problemlərinə səbəb olur. Bir müddət sonra enerji içkilərinin təsirini hiss etməməyə başlayırsınız.

    14 gün sonra

    Orqanizminiz mütəmadi olaraq kofein qəbul etməyə alışır, içkinin təsiri azalır. Yuxusuzluq, şəkərlə bağlı köklük, sinir pozğunluğu və duyğusallıq, ürək döyüntüsünün sürətlənməsi və yüksək təzyiq meydana çıxır.
    PAYLAŞ:

    Oxşar xəbərlər