Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq (FOTO)

Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq (FOTO)
  • Sosial

  • Bakıda 18 saylı marşrut xətti ilə hərəkət edən "Xaliq Faiqoğlu” şirkətinə məxsus "BMC Procity” avtobuslarında mobil qurğuların enerji ilə yüklənməsi üçün USB portlar quraşdırılıb.

    Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

    Portlar salonda tutacaqlar üzərində yerləşdirilib. Hər avtobusda iki standart USB portu olan 4 qurğu yerləşdirilib. Əlavə olunub ki, daha bir "BMC Procity” avtobusu 61 saylı marşrutla hərəkət edir.

    Bundan başqa, şirkətə məxsus 18, 65, və 61 saylı marşrutlarda pulsuz "Wi-Fi” xidməti mövcuddur. Gələcəkdə bu xidmət digər marşrutlarda da tətbiq olunacaq.


    Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq (FOTO)
    Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər