Bu gün Azərbaycanda prezident seçkiləridir

Bu gün Azərbaycanda prezident seçkiləridir
  • Siyasət / Manşet

  • Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

    Asiya.az xəbər verir ki, prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

    Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

    Səsvermə prosesi saat 08.00-da başlayıb və saat 19.00-da başa çatacaq. Seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu seçki məntəqələrindən 41-i ölkə xaricində yaradılıb. 5 milyon 192 min 42 Azərbaycan vətəndaşının növbədənkənar prezident seçkilərində səsvermə hüququ var.

    MSK prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə edib. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir. Həmçinin seçkiləri 51 xarici KİV-dən 118 təmsilçi işıqlandırır.
    PAYLAŞ:

    Oxşar xəbərlər