Göyçay sakini tanınmış oliqarxdan Prezidentə şikayət edir...-"o zalım, əcazil bir yaramazdır."+FOTOLAR

Göyçay sakini tanınmış oliqarxdan Prezidentə şikayət edir...-"o zalım, əcazil bir yaramazdır."+FOTOLAR
  • Sosial / Araşdırma

  • Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu Prezident İlham Əliyevə iş adamı Fərhad Əhmədovdan şikayət məktubu yazıb.

    Bir nüsxəsi də Asiya.az-a daxil olan müraciətdə yazılıb:

    "Hörmətli Prezidenti! Siz daim xalqımızı düşünür, insanların daha yaxşı yaşaması üçün çalışırsınız. Ancaq bəzi insanlar var ki, öz maddi maraqlarına görə əhaliyə zülm yaşadırlar.
    Belə ki, iş adamı milyarder Fərhad Əhmədov yaşadığım Göyçay rayonu Qaraməryam kəndinin həyətyanı sahələrinin suvarılma rəsmən su mənbəyini olan, Yekəxana gölü kimi tanınan su hövzəsini qanunsuz olaraq zəbt edib, çay suyunun kəsib kənd əhalisinin əkin sahələrinin suvarılmasına mane yaradıb.

    Möhtərəm Prezident! Belə firəvan, günbəgün inkişaf edən bir respublikanın vətəndaşı olduğum üçün özümü çox xoşbəxt sayır və sizə öz təşəkkürümü bildirmək istəyirəm.
    Ailəmizin yeganə dolanışıq yeri olan ailəmizə məxsus torpaq sahələrinin suvarılmasında Fərhad Əhmədovun balıq gölünə görə əziyyət çəkirik və kifayət qədər meyvə ağaclarımızın quruması nəticəsində külli miqdarda maddi ziyanlıq çəkirik.Həmin ərazidə Fərhad Əhmədov silahlı mühafizəçilər saxladığından biź ora yaxın düşüb sözümüzü deyə bilmirik. Xahiş edirəm problemin həll olunmasında köməklik göstərəsiniz.

    Hörmətli Prezident! Təki milyarder Fərhad Əhmədovun Qaraməryam kəndindəki göldə saxladığı farel, osetrin və digər balıqlar ölməsin, biz camat susuzluqdan ölsək də olar, meyvə ağaclarımız qurusa da olar.
    İş adamı Fərhad Əhmədovun şəxsi silahlarını yanında gəzdirən balıq gölünün mühafizəçinin olduğundan yaxın düşə bilmirik qorxuruq ki, bizi öldürər. Hazırda Fərhad Əhmədovun hegemonluğuna görə Qaraməryam kənd camaatı susuzluqdan zülm əziyyət çəkirlər.
    Yaxşı ki, Azərbaycanın prezidenti İlham Əliyevdir. Bizim dayağımız cənab Prezidentimizdir.

    Hörmətli Prezident! sizdən xahiş edirəm Qaraməryam kənd sakinlərinə zülm əziyyət verən Fərhad Əhmədovun balıq gölünün qanunsuz zəbt etdiyi su mənbəyinin açılmasına tapşırıq verəsiniz".

    Asiya.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

    Göyçay sakini tanınmış oliqarxdan Prezidentə şikayət edir...-"o zalım, əcazil bir yaramazdır."+FOTOLAR
    Göyçay sakini tanınmış oliqarxdan Prezidentə şikayət edir...-"o zalım, əcazil bir yaramazdır."+FOTOLAR
    Göyçay sakini tanınmış oliqarxdan Prezidentə şikayət edir...-"o zalım, əcazil bir yaramazdır."+FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər