Arzu Bağırova şəhid Anar Novruzovun məzarını ziyarət edib - FOTO

Arzu Bağırova şəhid Anar Novruzovun məzarını ziyarət edib - FOTO
  • Cəmiyyət / Manşet

  • Bu gün Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun vəfatının 7-ci günü idi.

    Asiya.az
    xəbər verir ki, 2 gün öncə Tovuz rayonunda cəbhə bölgəsində olan “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bu gün Masallı rayonu, Ərkivan qəsəbəsində şəhid mayor Anar Novruzovun məzarını ziyarət edib.

    Xatirə dəftərinə öz ürək sözlərini qeyd edən xanım Bağırova, şəhidin ruhuna dualar oxuyub.

    Daha sonra A.Bağırova şəhidin evinə baş çəkərək, ailə üzvləri ilə görüşüb. Görüşdə şəhidin həyat yoldaşı, övladları, bacıları iştirak edib. Arzu Bağırova ailənin problemləri ilə maraqlanaraq, hər zaman onların yanında olacağını bildirib.
    Asiya.az
    Arzu Bağırova şəhid Anar Novruzovun məzarını ziyarət edib - FOTO
    Arzu Bağırova şəhid Anar Novruzovun məzarını ziyarət edib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər