DİQQƏT! Hava kəskin dəyişəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

DİQQƏT! Hava kəskin dəyişəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
  • Sosial

  • Dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Asiya.az
    xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına əsasən, dekabrın 24-ü gündüzdən 25-i səhərədək şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

    Dekabrın 22-si axşam qərb rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Dekabrın 24-ü gündüzdən 25-i səhərədək qərb küləyinin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

    Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər