"Seçki ərəfəsində söylədiyimiz bütün fikirləri, layihələri həyata keçirməkdəyik" - Elnur Allahverdiyev

"Seçki ərəfəsində söylədiyimiz bütün fikirləri, layihələri həyata keçirməkdəyik" - Elnur Allahverdiyev
  • Sosial

  • "Seçki ərəfəsində söylədiyimiz bütün fikirləri, layihələri həyata keçirməkdəyik. Bu işdə bizə dəstək verən hər kəsə - seçicilərimizdən tutmuş müxtəlif strukturlar, əsasən də Yasamal Rayon İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk".

    Asiya.az
    xəbər verir ki, bu sözləri Millət vəkili Elnur Allahverdiyev öz rəsmi facebook hesabında paylaşdığı statusda yazıb. Allahverdiyev qeyd edib ki, Bakıda - məşhur "5 mərtəbə” adlanan binada seçki kampaniyası zamanı sakinlərlə görüş zamanı seçicilərin arzularından biri binanın həyətində uşaqların asudə vaxt keçirməsi üçün stadion salınması olub.

    Həmin binada tanınmış futbol hakimi Tofiq Bəhramov yaşayıb. İndi stadion tikilir. Millət vəkili deyir: "Uzunluğu 25, eni 12 metr olacaq mini-meydança AFFA tərəfindən süni ot örtüyü ilə təmin olunacaq. Fürsətdən istifadə edərək bu diqqətinə görə AFFA rəhbərliyinə bir daha minnətdarlığımızı bildiririk. Meydança işıqlandırılacaq ki, övladlarımız axşamüstü, dərs çalışmalarını yerinə yetirdikdən sonra rahat futbol oynaya bilsinlər".

    Millət vəkili daha sonra qeyd edir: "Növbəti mərhələdə meydança ətrafında abadlıq işləri, idman qurğularının quraşdırılması nəzərdə tutulub. Ardınca isə binanın həyətində sakinlərin rahatlığı üçün digər tədbirlər həyata keçiriləcək.
    Biz birlikdə güclüyük!"

    P.S. Seçicilərlə foto COVİD-19 pandemiyasından öncə çəkilib.
    "Seçki ərəfəsində söylədiyimiz bütün fikirləri, layihələri həyata keçirməkdəyik" - Elnur Allahverdiyev
    "Seçki ərəfəsində söylədiyimiz bütün fikirləri, layihələri həyata keçirməkdəyik" - Elnur Allahverdiyev
    "Seçki ərəfəsində söylədiyimiz bütün fikirləri, layihələri həyata keçirməkdəyik" - Elnur Allahverdiyev
    "Seçki ərəfəsində söylədiyimiz bütün fikirləri, layihələri həyata keçirməkdəyik" - Elnur Allahverdiyev
    PAYLAŞ:

    Oxşar xəbərlər