Masallıda qızına nişan mərasimi keçirmək istəyən ata polisə aparılıb

Masallıda qızına nişan mərasimi keçirmək istəyən ata polisə aparılıb
  • Manşet

  • Masallı rayonu Sığıncaq kəndində 16 yaşlı qızla 31 yaşlı oğlanın nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.

    Asiya.az
    -ın xəbərinə görə, qızın valideynləri bu gün axşam nişan mərasimi keçirmək üçün hazırlıqlar görüb.

    Bu barədə məlumat alan polis əməkdaşları qızın atasını Masallı Rayon Polis Şöbəsinə çağırıb.

    Ataya karantin qaydasının pozulmasına görə xəbərdarlıq edilib, profilaktik söhbət aparılıb.

    Faktı Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupunun mətbuat xidmətinin rəhbəri Məhəmməd Rzayev APA-ya təsdiq edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər