Bakıda ər və arvad arasında qanlı savaş - VİDEO

Bakıda ər və arvad arasında qanlı savaş - VİDEO
  • Manşet / Olay / Asiya TV

  • Bakıda ər və arvad bir-birini bıçaqlayıb.

    AsiyaTV
    -nin məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

    Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində yeddi ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində səkkiz ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

    Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

    Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər