Müsavat Gənclər Təşkilatının sədri partiyadan istefa verdi

Müsavat Gənclər Təşkilatının sədri partiyadan istefa verdi
  • Siyasət

  • Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev partiya sıralarından istefa verib.

    Asiya.az
    xəbər verir ki, bu barədə Quliyev özünün Facebook hesabında məlumat yayıb.

    O bildirib ki, 10 il üzvü olduğu Müsavat Partiyası sıralarından rəsmi olaraq ayrılıb. “Son zamanlar yaşanan anlaşılmazlıqlar və Nizamnamə pozuntumu nəzərə alaraq, yazdığım ərizəni qəbul edib, diqqət göstərən rəhbərliyə öz təşəkkürümü bildirirəm”.

    Elman Quliyev bəyan edib ki, bundan sonrakı fəaliyyətini ictimai fəal olaraq davam etdirəcək. “Hər zaman olduğu kimi, mübarizənin ön sıralarında olacam. Müsavat Partiyasına, mənə qatdığı bütün dəyərlər üçün təşəkkür edirəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər