Çimərlik mövsümünün başlaması ilə əlaqədar FHN-in əhaliyə müraciəti - VİDEO

Çimərlik mövsümünün başlaması ilə əlaqədar FHN-in əhaliyə müraciəti - VİDEO
  • Sosial / Manşet

  • Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

    Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:
    - çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
    - qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!
    - özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!
    Həmçinin, qadağandır:
    - nəzərdə tutulmamış ərazilərdə çimmək!
    - çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
    - küləkli havada dənizə girmək!
    - çimərlikdə gecələmək!
    - sərxoş halda çimərlikdə olmaq!
    - suda kobud hərəkətlər etmək!
    - çimərlikdə balıq tutmaq!
    - xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
    Yadda saxlayın:
    - Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
    - Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
    Təhlükə zamanı 112-yə zəng edin!
    PAYLAŞ:

    Oxşar xəbərlər