Azərbaycan-Rusiya sərhədi ilə bağlı AÇIQLAMA

Azərbaycan-Rusiya sərhədi ilə bağlı AÇIQLAMA
  • Sosial

  • Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb.

    Asiya.az
    xəbər verir ki, Samur Gömrük Postundan APA-nın şimal bürosuna verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

    Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhədində yük maşınlarının uzun növbəsi yaranmışdı.

    Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər