Ölkədə mexaniki-elektron sayğaclarda limitin sıfırlanması ilə bağlı narazılıqlar artıb. Buna səbəb həmin sayğaclardan istifadə edən abonentlərdə qaz limitinin sıfırlanması prosesinin ləngidilməsi və ya uzanmasıdır. Abonentlər bu işin “Azəriqaz” əməkdaşları tərəfindən müvafiq zamanda həyata keçirilməsini tələb edirlər.
Mediaxeberleri.Az-a müraciət edən çoxsaylı qaz abonentlərinin sözlərinə görə, smart-kart tipli sayğaclarda iyunun 30-da, gecə saat 00:00-da 1 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanmalı və iyul ayını 1-dən hər abonent üçün 2 500 kubmetrlik həcmin yenidən 20 qəpikdən, 2 500 kubmetrdən çox istifadə edən abanentlər isə 25 qəpikdən hesablanmalı idi. Sayğaclarda limitin sıfırlanması ləngidilir, abonent isə sərf etdiyi qaza görə 20 qəpik ödəyir. Pandemiya il yarımdır hər kəsin imkanlarını məhdudlaşdırıb. Bu vəziyyətdə bir də kommunal xidmətləri, qazı, elektiriki, suyu, benzini, dizeli, məhkəmə xərclərini, cərimələri dəfələrlə qaldırıb, istehlak qiymətlərini də sürətlə artırmaq insanların çörəyini əlindən almaqdır.
Qeyd edək ki, qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib. Tarif Şurasının qərarı ilə güzəştlə qaz limiti 2200 kubmetrdən 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan abonentlər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər. Azərbaycanda əhaliyə təbii qazın 2500 m3-dən çox olan hissəsi üçün satış qiyməti 25 qəpik müəyyənləşdirilib ki, bu da Türkiyə, Gürcüstana və İrana satılan təbii qazın qiymətindən yüksəkdir.
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.