"Rəşadət" ordenli şəhid zabitin ailə üzvləri ilə görüş oldu - FOTO

"Rəşadət" ordenli şəhid zabitin ailə üzvləri ilə görüş oldu - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Rəşadət" ordenli şəhid Baş leytenant Təhmasib Sərməst oğlu Mustafayevin ailə üzvləri ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva Zəfər Günu ərəfəsində bu Zəfəri bizə qazandıran əziz şəhidlərimizin ailə üzvləri ilə görüşün onunçün çox manidar olduğunu, belə görüş və fikir mübadiləsinin bir vəfa borcu olduğunu bildirib:

    "Əziz şəhidimizin əziz ailə üzvləri, DİN-in Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində qulluq edən oğlunuz atəş təminat qrupunun komandiri olub. Baş leytenanat Təhmasib Mustafayev 7 noyabr 2020-ci ildə Şuşada şəhid olub. Bu vəsilə ilə biz rəşadətli zabitimizin şəhadətinin birinci ildönümündə görüşürük. Biləsəniz ki, şəhidlər yalnız öz ailələri, doğmaları üçün deyil, respublikamızın bütün vətəndaşları, dünya azərbaycanlıları, Azərbaycan dostları, qardaşları, haqq-ədalət sevən insanlarçün əzizdir. Oğlunuz dogma Cəbrayılın, doğulduğu Hasanli kəndinin azad olunduğunu gördü, Şuşayadək döyüşdü və səhadət sərbətini də əziz Şuşada içdi. Şuşada dalğalanan üçrəngli müqəddəs bayrağımız bütün şəhidlərimizin ruhunu sad edir. Ali dövlət rəhbərliyimizin yaratdığı örnək əsasında bizlərin də yanınizda olduğumuzu bir daha bildirmək istərdim".

    Görüşdə iştirak edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova da qəhrəman şəhidimizin ailəsinə biz də bir evladınız olaraq hər zaman yanınızdayıq deyib. Komitə sədri və RHİM rəhbəri şəhid zabitin ailə üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.


    PAYLAŞ:

    Oxşar xəbərlər