Ottavada “ümummilli üsyan”: Fövqəladə vəziyyət elan edildi

Ottavada “ümummilli üsyan”: Fövqəladə vəziyyət elan edildi
  • Olay

  • Yanvarın 29-da Kanadanın paytaxtı Ottavada başlayan və hələ də davam edən peyvənd əleyhinə yük maşınları sürücülərinin tətili "ümummilli üsyan” kimi qiymətləndirilib.

    Paytaxtdakı vəziyyəti müzakirə etmək üçün toplanan Ottava Polis İdarəsi hadisələri "ümummilli üsyan”, Ottavanı isə bu qiyamın ortasında qalan "mühasirədə olan şəhər” kimi xarakterizə edib.

    "Biz bu işğalın səkkizinci günündəyik. Şəhərimiz mühasirəyə alınıb. Bu qrup hökumətin bütün səviyyələrində sanksiyaların olmaması ilə cəsarətlənir. Bu qrup demokratiyamız üçün təhlükədir. Gördüklərimiz Ottava şəhər problemindən daha böyükdür. Bu ümummilli üsyandır. Bu dəlilikdir. Buna son qoymaq üçün konkret plana ehtiyacımız var”, - deyə Ottava Polis Şurasının sədri Diane Dins açıqlamasında deyib.

    Ottava meri Cim Vatson şəhər mərkəzini "nəzarətdən kənar” adlandırıb və fövqəladə vəziyyət elan edib.

    O, açıqlamasında bildirib ki, nümayişçilərin nəzarəti ələ keçirdikləri aydındır: "Hazırda vəziyyət tamamilə nəzarətdən çıxıb. Onlar bizdən qat-qat artıqdırlar”.

    Ottava polisi həmçinin fövqəladə vəziyyət rejiminə arxalanaraq "nümayişçilərə maddi dəstək verməyə çalışan hər kəsin həbs oluna biləcəyini” bəyan edib və ictimaiyyəti şəhərin mərkəzində etirazçılara yanacaq və ləvazimat verməmələri barədə xəbərdarlıq edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər