“SAHİL-S İNŞAAT” MTK-da FIRILDAQ – FAKT

“SAHİL-S İNŞAAT” MTK-da FIRILDAQ – FAKT
  • Araşdırma / İqtisadiyyat

  • “Sahil-S İnşaat” MTK rəhbəri Taley Alaverdiyevlə şəriki Pənah Kərimov barəsində cinayət işi açıla bilər. 

    Asiya.az-ın xəbərinə görə, hər iki şəxs vətəndaşları aldatmaqda ittiham olunur. Onlar bir mənzili bir neçə nəfərə satmaqla vətəndaşların pullarını mənimsəyiblər.
    Bakının Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi binadan mənzillərin dörd-beş adama satan Taley Alaverdiyevlə şəriki Pənah Kərimov haqda araşdırma aparılması üçün vətəndaşlar tərəfindən Baş Prokurorluğa müraciət ünvanlanıb. Lakin Kərimov məsləni üzərindən atmağa çalışır.

    Sakinlər baş prokuror Kamran Əliyevə inandıqlarını qeyd edir və istintaqın günü bu gün hərəkətə keçməsini gözləyir: “2020-ci ildə Pənah Kərimov adlı şəxs onunla şərik olduqdan sonra bu məsələ daha da dərinləşdi. Pənah Kərimov öz adamlarını işə götürdü, Taleyin adamlarını uzaqlaşdırdı. Sonra bir mənzili bir neçə nəfərə satmağa başladılar. Üstəlik, binanın lift, kommunal xərcləri üçün 5000 manat istədi. Prezidentin qərarı var, yeni tikili binalarda cüzi rüsum ödənilir. Amma Pənah Kərimov kimindən 5000, kimindən 10 000 tələb edib. Taley Alaverdiyev dəfələrlə deyib ki, evlərin təkrar satışını Pənah Kərimov edib. Bu adam cinayətə yol verib və qeyd-şərtsiz həbs edilməlidir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər