Prezidentin yeni təyin etdiyi 3 icra başçısı kimdir? – DOSYE

Prezidentin yeni təyin etdiyi 3 icra başçısı kimdir? – DOSYE
  • Siyasət / Araşdırma

  • Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Elxan Oqtay oğlu İbrahimov isə Kürdəmir Rayon İcra Hakimiyyətinə başçı təyin ediliblər.

    Asiya.az-ın məlumatına görə, Elgin  Həbibullayev bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib.

    Coşqun Cəbrayılova gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

    Elxan İbrahimov isə buna qədər Şamaxı rayon icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. O, daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər