Elşad Hacıyevdən TIR sürücülərinin üzr videosu ilə bağlı AÇIQLAMA - VİDEO

Elşad Hacıyevdən TIR sürücülərinin üzr videosu ilə bağlı AÇIQLAMA - VİDEO
  • Olay

  • Dünən Heydər Əliyev prospektində bir neçə TIR-ın etiraz əlaməti olaraq yolu bağlaması bütün ölkənin gündəminə çevrildi. 

    TIR-lara müvafiq icazələrin vaxtında verilməməsi iddiasına Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən açıqlama gəldi.

    Daha sonra TIR sürücüləri və şirkət rəhbəri haqqında cinayət işi açıldı. Hadisə ilə bağlı açıqlamalar verilsə də, yenə qaranlıq qalan məqamlar var. 

    Məsələnin qaralıq tərəflərinə aydınlıq gətirmək üçün Baku TV əməkdaşları Daxili İşlər Nazirliyinin Şöbə rəisi Elşad Hacıyevdən açıqlama alıb. 

    O qeyd edib ki, TIR-lar təqribən səhər saat 5-də həmin prospektə qoyularaq daha sonra sürücüləri tərəfindən tərk edilib. 

    Elşad Hacıyev həmçinin TIR sürücülərinin üzr videosunun yayılıb, Füzulinin işğaldan azad olunmuş ərazilərinə icazəsiz keçən Manaf Ağayevin videosunun yayılmaması halına da aydınlıq gətirib. 
    PAYLAŞ:

    Oxşar xəbərlər