“Azərbaycanın təhlükəsizlik orqanları peşəkarlığına görə dünyanın ən qabaqcıl xüsusi xidmət orqanları sırasındadır”

“Azərbaycanın təhlükəsizlik orqanları peşəkarlığına görə dünyanın ən qabaqcıl xüsusi xidmət orqanları sırasındadır”
  • Siyasət / Manşet

  • Məşhur Məmmədov: “İşğalçı Ermənistan üzərində tarixi qələbənin əldə edilməsində onların da böyük xidməti var”

     

    Bu gün – martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır. Qeyd edək ki, bu əlamətdar hadisə Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı elan edilmişdir.


    Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib, dövlətimizin təhlükəsizliyinin təmin edilməsində onların mühüm rol oynadığını bildirib:

    “Bu gün Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Mən bu münasibətlə həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Xarici Kəşfiyyat Xidməti

    əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.


    Bildiyiniz kimi, dövlət başçısı tərəfindən təhlükəsizlik orqanlarında aparılan islahatlar nəticəsində bu qurumların fəaliyyəti daha effektiv şəkildə təşkil olunmuş, dövlətimizin, xalqımızın təhlükəsizliyinin etibarlı şəkildə təminin istiqamətində böyük uğurlara nail olunmuşdu. 44 günlük Vətən müharibəsi dönəmində, düşmən təxribatlarının qarşısının alınmasında, vətəndaşlaırmızın təhlükəsizliyinin təmin edilməsində xüsusi peşəkarlıq və fədakarlıq sərgiləmişdilər. Bu gün də Azərbaycanın təhlükəsizlik orqanları  öz peşəkarlığına görə dünyanın ən qabaqcıl xüsusi xidmət orqanları sırasında yer almaqdadır və bu, bizim hər birimizdə haqlı olaraq qürur hissi doğurur.

    İnanıram ki, dövlətimizin təhlükəsizlik orqanları bugünə qədər olduğu kimi, bundan sonra da ölkəmizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və bədxah qüvvələrin məkirli niyyətlərinin qarşısını mətinliklə alacaqdır”.

     

    Seymur ƏLİYEV

    PAYLAŞ:

    Oxşar xəbərlər