Ana bətnində körpənin qidaya reaksiyası hər kəsi təəccübləndirdi - FOTO

Ana bətnində körpənin qidaya reaksiyası hər kəsi təəccübləndirdi - FOTO
  • Maraqlı

  • Tədqiqatçılar ana bətnində olan körpənin dad və qoxuya reaksiyası ilə bağlı araşdırma aparıblar.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar ana bətnində olan körpələrin dad və qoxulara necə reaksiya verdiyini ölçmək üçün mühüm araşdırma aparıblar. Araşdırmada maraqlı nəticələr əldə edilib.

    Tədqiqat çərçivəsində hamilə qadına kələm verilib, sonra isə qarnındakı körpənin şəkli çəkilib. Körpənin reaksiyası ultrasəs kamerasına saniyə-saniyə əks olunub.

    "The İndependent” yazır ki, Durham Universitetinin alimləri döllərin müxtəlif zövqlərə cavab verib-vermədiyini öyrənmək üçün 4D ultrasəs skanlarından istifadə ediblər. Durham Universitetinin Psixologiya Departamentindən Beyza Üstünün araşdırma qrupu 18-40 yaş arası 70 hamilə qadını iki qrupa ayırıb və dölün müəyyən ləzzətləri ayırd edə bilməyəcəyini öyrənmək üçün ultrasəs görüntülərini təhlil edib. 

    Tədqiqatda iştirak edən analardan əvvəldən heç bir qidadan istifadə etməmələri istənilib. Araşdırma çərçivəsində bir qrup ana yerkökü, digər qrup isə kələm yeyib. Kələm dadını alan körpənin üzü görənləri təəccübləndirib. 
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər