Braziliya millisinin baş məşqçisi istefa verdi

Braziliya millisinin baş məşqçisi istefa verdi
  • İdman

  • Braziliya millisinin baş məşqçisi Tite istefa verib.

    "Report”un məlumatına görə, 61 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyundan sonra postunu tərk etdiyini açıqlayıb.

    O, bu qərarı öncədən verdiyini bildirib: "Mənim dövrüm bitdi. Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.

    Braziliya yığması DÇ-2022-də 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Xorvatiyaya (2:4) məğlub olub.

    Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər