Laçın və Ağdamdakı mövqelərimiz atəşə tutuldu - RƏSMİ

Laçın və Ağdamdakı mövqelərimiz atəşə tutuldu - RƏSMİ
  • Manşet / Hərb

  • Ordumuzun mövqeləri atəşə tutulub.

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Zəngəzur rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bundan başqa, dekabrın 15-i saat 20:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

    Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər