DÇ-2022-nin ən yaxşı bombardiri odur

DÇ-2022-nin ən yaxşı bombardiri odur
  • İdman

  • DÇ-2022-nin ən yaxşı bombardiri müəyyənləşib.

    Bu, bir qədər öncə başa çatan Argentina - Fransa matçından sonra dəqiqləşib. Fransa millisinin hücumçusu Kilian Mbappe turnirin ən yaxşı bombardiri olub. 23 yaşlı futbolçu 7 oyunda 8 qol vurub. O, final görüşündə isə het-trik edib. Mbappe ən yaxın izləyicisi Argentina millisinin hücumçusu Lionel Messini (7 qol) 1 qol qabaqlayıb.

    Qeyd edək ki, Argentina - Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Komandalar əlavə vaxtda hərəyə daha 1 qol vurduqları üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Argentina 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər