Cinayətkarlar məlum olsa da, hansısa sehirli əl onları qoruyur - Füzuli RPŞ-dən ŞİKAYƏT

Cinayətkarlar məlum olsa da, hansısa sehirli əl onları qoruyur - Füzuli RPŞ-dən ŞİKAYƏT
  • Hadisə / Araşdırma

  • Füzuli rayon Fin qəsəbəsi sakini İbişov Rza Kazım oğlu Füzuli RPŞ-dən narazıdır, Daxili İşlər Naziri cənab general-polkovnik Vilayət Eyvazovdan kömək istəyir. O, Asiya.az-a ünvanladığı şikayət məktubunda ona qarşı törədilən beş cinayət işinin kimlərinsə tapşırığı əsasında açılmaması, özünün və ailəsinin ölüm təhlükəsi qarşısında olması barədə yazır. Füzuli rayon Polis Şöbəsindən narazılıq edən Kazım İbişov onların da işinin özü görməsindən, cinayətkarların məlum olsa da, cəzasız qalmasından narazıdır. Xahiş edir ki, onun səsini əlaqədar orqanlara çatdıraq.
    Azadmedia.az şikayətçinin məktubunu olduğu kimi dərc edir, inanırıq ki, gec də olsa, əlaqədar qurumlar hərəkətə keçəcək.









    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
    Surəti: Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya
    Surəti: Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
    Surəti: Baş Prokuror cənab Kamran Əliyevə
    Surəti: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə
    Surəti: İnsan Hüquqları üzrə Müvəkkil xanım Səbinə Əliyevaya
    Surəti: Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün Kütləvi İnformasiya Vasitələrinə

    Şikayətçi: İbişov Rza Kazım oğlu
    Ünvan: Füzuli rayon Fin qəsəbəsi
    Mobil: 0504482102 _ 0509892102
    E-mail: [email protected]

    (Mənə qarşı törədilən beş cinayət işinin kimlərinsə tapşırığı əsasında açılmaması, mənim və ailəmin ölüm təhlükəsi qarşısında olması barədə)
    ŞİKAYƏT ƏRİZƏSİ

    Möhtərəm cənab Prezident! Sizdən xahiş edirəm səsimə səs verin, mənə kömək edin. Kütləvi İnformasiya Vasitələrindən xahiş edirəm səsimi cənab Prezidentmizə çatdırın. Mənə qarşı törədilən beş cinayət işi tapşırıq əsasında gizlədilir.
    Yazıb sizə bildirirəm ki, mənə və ailə üzvlərimə qarşı bir və ya bir neçə cinayət hadisələri baş vermişdir. Bu hadisələrlə bağlı 102 xidmətinə, Füzuli rayon Polis Şöbəsinə, aidiyyatı qurumlara yazılı surətdə və video-disklə müraciət etmişəm. Əsas məsələ ondan ibarətdir ki, bu hadisələri törədən cinayətkarlar bəllidir.
    Həsənov Maarif və Mehtiyev Elçin tərəfindən bu hadisələr törətdikləri səs yazısı , video görüntü faktlarını sizə göndərirəm. Maarif adlı şəxs deyir ki, bu hadisələri Elçin törədib, Elçin deyir ki, Maarif törədib. 2014-cü ildə mənə məxsus "Yaşa” fermer təsərrüfatının qəsdən yandırılması, fermanın içərisində 137 baş qoyunun yandırılması , 40 baş hind quşunun yandırılması , tövlənin yandırılması ,qış üçün ehtiyyata yığdığımız ot tayasının yandırılması və bu hadisələr nəticəsində çoban intahar edib ölmüşdür. 2018 - ci ildə mənə məxsus hektarlarla taxıl sahəsinin yandırılması, yanan ərazinin ətrafında içində yarımçıq qalmış kapron su qabının içində benzin aşkar olunmuşdur. 2019- cu ildə mənə məxsus Mercedec - 190 markalı avtomobilimin həyətimdə yandırılması , 2021 - ci il 16 dekabrda qardaşıma məxsus Opel markalı avtomobilin benzin töküb qəsdən yandırılması nəticəsində mənə məxsus Azsamand Runa markalı maşınıma da od düşmüşdür, maşınlar yanarkən yanğın evimə də keçmişdir. Və bu hadisədən sonra 2021- ci il dekabr ayının 29- dan 30- na keçən gecə mənə məxsus "Zəfər 44" ət dükanıma benzin töküb yandırmışlar, yoldan keçən 2 şəxs qəssabxananın yanmasını görüblər, mənim telefon nömrəmi qəssabxananın qarşısından götürüb zəng etmişdilər ki, Qardaş bu qəssabxana yanır. Mən də həmin vaxt Bakıya getmişdim, mən də onlardan xahiş etdim ki, qəssabxananın qarşısında kəsilən malin qanının yuyulması üçün gidrafon su motoru var, krantı açın , dərhal motor işə düşəcək. Həmin bu su motoru ilə qəssabxananın tam yanmasının qarşısı alınmışdır. Qəssabxananın içərisinə girdikdə məlum olub ki, qəssabxananın pəncərəsi sındırılıb içinə benzin tökülüb qəsdən yandırılmışdır. İçində olan bütün ləvazimatlar yanmış, 137 kq ət yanmış hətta yerdə və ətin üzərində benzinin iyi tam hiss olunurdu. Həmin kapron benzin qabı burda da aşkar olunmuşdu. Bu hadisən bir neçə ay sonra mənə məxsus "Zəfər 44" dükanının, su motorunun su çəkən hissəsinin qəsdən sındırılmasında Maarif Həsənovla, Mehtiyev Elçin ifşa olunmuşdur. 2022- ci il mart ayının 23 - dən 24 - nə keçən gecə Maarif və ya Elçin su motorunu sındırmışlar ki, ət dükanını təkrar yandırsınlar. Nəzərinizə çatdırım ki, Həsənov Maarif və Mehtiyev Elçin mənə yaxın qonşudular və məlumatları vardır ki, mənə və ailəmə qarşıa bir neçə cinayət hadisəsi baş verib. Bu da o deməkdir ki, elə bu hadisələr bu iki şəxs tərəfindən törədilmişdir.

    Mən artıq dəfələrlə Füzuli rayon Polis Şöbəsinə və Füzuli rayon Prokurorluğuna müraciət etsəm də mənə və ailəmə qarşı edilən bu qədər cinayət işinin üzəri bu günə kimi açılmamışdır. Səbəb isə kimlərinsə bu cinayətlərin açılmasına mane olmasıdır. Əgər yuxrı səviyyədə bu işin açılması üçün ciddi tapşırıq verilməsə bu qədər cinayətin üzəri açılmayacaq. Mənə qarşı bu qədər cinayət işi törədən şəxslər əlbət bir gün ailəmi də öldürəcək. Lakin səsimi heç bir yerə çatdıra bilmirəm. Kimlərsə bu cinayətlərin bağlı qalmasında və açılmamağında çox maraqlıdır. Daxili İşlər Nazirliyinin bu məsələlərlə bağlı Füzuli rayonuna ezam olunmuş nümayəndəsi nə səbəbdən bəlli olan cinayətkarları həbs etmədən işi dayandırdı? Təsəvvür edin mən özüm cinayətkarı araşdırıb izinə düşüb tapıram.
    Xahiş edirəm bu hadisələrin araşdırılmasını Füzuli rayon Polis Şöbəsinə deyil Nazirlikdən xüsusi araşdırma qrupu göndərməklə özünüz nəzarətə götürəsiniz.
    Qardaşlm İbişov Taryel Kazım oğlu l və ll Qarabağ döyüşləri iştirakçısıdır. Özüm isə 44 günlük Vətən müharibəsində göstərdiyim şücaətə görə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın təşkilatçılığl ilə 31 nəfər qəhrəmandan bəhs edən "Biz" tarixi zəfər filmində çəkilmişəm. Biz dövlət və dövlətçiliyimizə inaniriq və güvənirik ki, bizə qarşı baş vermiş bu hadisələr tez bir zamanda aşkar olunacaqdır. Əvvəlcədən təşəkkürmü bildirirəm!

    Qeyd: Kütləvi İnformasiya Vasitələrindən xahiş edirəm bu yazımı olduğu kimi mediada yayımlayın. Yazıya görə bütün məsuliyyət tamamilə mənə aiddir. Ümüd edirəm ki, mənə qarşı törədilən beş cinayətin üzəri açılacaqdır.
    Əlavə olunur: Mənə qarşı törədilən cinayətlərlə bağlı foto və video görüntülərin bir hissəsi. Bütün faktlarla bağlı mənimlə əlaqə saxlanıla bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər