Yardımlıda SHXÇDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib

Yardımlıda SHXÇDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib
  • Yardımlı / Cəmiyyət

  • Yardımlı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşlarının peşə bayramı münasibəti ilə tədbir keçirilib.

    Asiya.az
    xəbər verir ki, tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin rəisi polkovnik-leytenant Yusif Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

    Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
    Daha sonra RİH başçısı Ayaz Əsgərov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin əməkdaşlarını xidmətin yaranmasının 11-ci ildönümü münasibətilə təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər