BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması deməkdir.
Bununla bağlı Milli Məclisin deputatı Aqil Abbas Asiya.az-a açıqlama verib.
O bildirib ki, BQXK sülhməramlıların onları yoxlamamasından sui-istifadə edirmiş:
"Sülhməramlılar da Azərbaycan ərazisində qaçaqmalçılıq edir, Qırmızı Xaç da. Bunu necə şərh etmək olar? Onların bu qanunsuz davranışı bu gün aşkara çıxıb, sərhəd möhkəmlənib. Biz Qırmızı Xaç komitəsinə bir məktub göndərib, nota verməliyik ki, bir daha belə qələt etməsinlər. Komitənin adını ucuzlaşdırıb, belə alçaq işlərlə məşğul olmasınlar. Bilsinlər ki, belə davam edərsə, biz onların maşınlarını vura bilərik”.
Şəbnəm Zahir